Qəhrəmanın ARZUSU: Atasına layiq olan ÖVLAD – Gülər Mübariz yazır

media-hightechnic-468x90

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun oğul övladı Araz Şadmanzadə riyaziyyat olimpiadasında qızıl medalın sahibi olaraq Avstraliyada keçiriləcək IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak etmək hüququ qazanmışdı.

Arazımızı Avstraliyaya- Sidney şəhərinə yola saldıq inamla.

Və o gün gəlib çatdı. Qəhrəman atanın qəhrəman balası Sidney şəhərində keçirilən Riyaziyyat olimpiyadasında qızıl medalı qazanaraq birinciliyin sahibi oldu.

Qürurluyuq, sevincliyik, vüqarlıyıq… Varmı bizə yan baxan, Azərbaycan ərənlər yurdu, qəhrəmanlar oylağıdır; igiddən igid törəyər, bir ölüb, min dirilərik.

Sevinmə,mənfur yağı, sən türkün biləyini bükə, ocağını söndürə bilməzsən. Gedənlərin arxasınca gələnlər var—ömrə bədəl, gözə çıraq, dizə qüvvət, ürəyə qut verən.

Uğurun bol olsun, əziz bala, sən igid oğlusan, sən qəhrəman nəfəslisən, sən anaların ümid yerisən. Atanın adına layiq övlad oldun, olacaqsan da. Qeyrisi mümkün deyil, mərdin oğlu mərd doğular, mərd yaşar.

Vətən atana minnətdar, sənə arxadır. Səninləyik,Arazım…

media-media-2-2i1oq7pte6ra5nv4hfzj-211x300-1

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600