Qənirə Ataşova Azərbaycanı tərk edir
ANS telekanalının əsas xəbər aparıcısı Qənirə Ataşova Azərbaycanı tərk edir. Onun bundan sonra Amerika Birləşmiş Ştatlarında yaşayacağı bildirilir.
Telejurnalistin səfəri işgüzar xarakter daşıyır. Belə ki, Ataşova ANS-in ABŞ-dakı bürosuna növbəti bir il üçün rəhbər təyin olunub. Yeni mövsümdə Amerikada baş verənləri ANS tamaşaçısına məhz o, çatdıracaq.
Q.Ataşova Amerikaya tək deyil, 2 uşağı ilə birlikdə gedəcək. Onu ANS-də Rita Ömərova əvəz edəcək.
Xatırladaq ki, ANS-in Amerikadakı bürosuna son bir ildə Rita Ömərova rəhbərlik edib. O, işini ANS-də davam etdirmək üçün artıq Bakıdadır(publika).