Reklam: High Technic
hightechnic

Qərargah: Xəzərdə tapılan meyitin kimliyi müəyyən edilib

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış – Xilasetmə qərargahından Yeniçağ.az-a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 20 – də aşkar edilən kişi meyitinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965 – ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Yeniçağ.az

www.yenicag.az

160