“Qərb Bakı – İrəvan barışıq prosesini öz tərəfinə çəkmək istəyir” – Zaxarova

media-hightechnic-468x90

Qərb Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini regional kontekstdən çıxararaq öz maraqlarına tabe etdirməyə çalışır. 

Yenicag.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, Ermənistan və Azərbaycan regional tərəfdaşlar – Rusiya, İran və Türkiyənin dəstəyi ilə konstruktiv və qarşılıqlı məqbul həll yollarına can atırlar: “Qərb oyunçuları bu prosesə müdaxilə edir və region ölkələrinin maraqlarına məhəl qoymurlar.

Brüsselin daha bir xeyirxah təşəbbüsü pərdəsi altında sırf siyasi maraqlar gizlənir. Qərb növbəti dəfə siyasi uğurlarını bəyan etmək üçün Bakı ilə İrəvan arasında barışıq prosesini öz tərəfinə çəkmək niyyətindədir. Qərbin hərəkətləri regionda təhlükəsizlik balansının pozulmasına və regional dövlətin özünü təmin etmə prinsipinin pozulmasına gətirib çıxara bilər”./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600