Qərb Putini masaya SIXIŞDIRIR – İkinci İstanbul görüşünün arxasındakı plan İFŞA OLDU

media-hightechnic-468x90

“Qərb çalışır ki, Rusiya masaya daha yumşaq otursun, Ukraynanın əli daha da güclü olsun”.

Bu fikri Rusiya ilə Ukrayna arasında ikinci İstanbul görüşünün keçirilməsi və gözlənənləri Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_barzad

Onun sözlərinə görə, tərəflər arasında razılığın əldə olunması gözlənilmir:

“Birinci İstanbul görüşündən sonra Rusiya ordusu tərəfindən Ukraynanın böyük şəhərlər hava hücumuna, raket zərbələrinə məruz qaldı. Rusiya ordusunu Sumı şəhəri istiqamətində hücuma başladılar. Elan etdilər ki, Sumı şəhəri işğal ediləcək. İkinci İstanbul görüşündən əvvəl Ukrayna tərəfi Rusiyaya hücum etdi. Rusiyaya məxsus strateji bombardmançı təyyarələr məhv edildi, körpülər hədəfə alındı. Bu hücumların arxasında Qərb dayanır. Nəzərə alsaq ki, həmin görüşdə Almaniyanın, Böyük Britaniyanın, Fransanın xüsusi xidmət orqanlarının rəhbərləri də iştirak edirdi. Böyük ehtimalla, bu birgə fəaliyyətin nəticəsində baş verib. Çalışılır ki, Rusiya masaya daha yumşaq otursun, Ukraynanın əli daha da güclü olsun”.

“İkinci İstanbul görüşündə əsirlərin dəyişdirilməsi, meyitlərin təhvil verilməsi, uşaqların geri qaytarılması yönündə müəyyən razılıq əldə olunub. Ancaq memorandumla bağlı razılığa gəlinmədi. Görünən odur ki, arada konkret razılıq yoxdur. Rusiyaya qarşı sanksiyalar paketi nəzərdə tutulub. Reallıq ondan ibarətdir ki, ortada heç nə yoxdur. Bundan əlavə taxıl sazişi də gündəmə gələ bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600