!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Rusiyaya qarşı sanksiyaları: Neft embarqosu iflasa uğradı

!Reklam – Yazi

Rusiyaya qarşı tətbiq edilən neft sanksiyaları iflasa uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Atlantic Council” qurumu məlunat yayıb.

Qurumun analitikləri bildirirlər ki, Rusiya Avropa bazarına üçüncü ölkələr vasitəsilə ixraca davam edir.

“Rusiya Çin və Hindistana endirimlər etsə belə, neftin qiyməti o qədər yüksəkdir ki, Rusiya bütün itkilərini kompensasiya etdirib və profisitli ticarət davam edir”, nəşr yazıb.

Məlumata görə, eyni zamanda, Rusiya LNG-nə sanksiya tətbiq edilsə belə, Çin və Hindistan Rusiya LNG-ni əldə edəcək, Avropanın bir çox ölkələri Rusiyadan idxala davam edəcəklər.

Qeyd olunur ki, Rusiya artıq LNG ilə bağlı “kölgə donanmasını” yaratmağa başlayıb və Qərb bundan sonra Rusiyaya qarşı neft sanksiyalarında yeni yollar axtarmalıdır.

“Atlantic Council” yazır ki, sanksiyalar işləmir, eləcə də, Hindistan və Çin Rusiyadan endirimlər tələb etsə də, getdikcə bu endirimlər azalır və Brent markalı neftlə fərqdə qazanan Rusiya tərəfidir.

“Misal olaraq, əgər Rusiya tərəfi müharibənin əvvəlində Brent markalı neftlə müqayisədə endirim 40% idisə, indi bu rəqəm 10%-ə qədər azalıb. Əksinə, qiyməti müəyyən edən Moskvadır və neft tavanı işləmir. Rusiya hətta Baltik limanından satdığı nefti belə qiymət tavanından (60$) yüksək satır”, – deyə məlumatda bildirilib.

Rafi Müslümov

COP29

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv