“Biz minillərlə formalaşmış sistemimizi kimlərisə təqlid etmək naminə dağıtmamalıyıq”.
Bu fikirləri son dövrlər insan hüquqları adı altında cinsi azlıqların təbliğinin toplumun təməl quruluşuna təsirlərindən danışan sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün övladlarımızın tərbiyəsini sosial şəbəkələr formalaşdırır.
“Sön dövrlərdə Qərb ölkələrindən dünyanın hər yerinə yayılmasına cəhd edilən “dəyərlər” sistemi üzərində işlənilir. Qlobal şəbəkə tərəfindən müxtəlif film, serial, mahnılar vasitəsilə əxlaqsızlıq industriyası, rəzil, murdar dəyərlər təbliğ edilir. Müxtəlif ölkələrdə bu şəbəkənin nümayəndələri və təşkilatları media vasitəsilə insan hüquqları adı altında cinsi azlıqların təbliği, reklamı, onlara üstün hüquqların tanınması, ailə institutunun dağılması, uşaq tərbiyəsinin məhv edilməsilə, uşaqlar üçün nəzərdə tutulmuş xüsusi kompüter oyunları ilə altşüura subliminal mesajlar ötürməklə xüsusi informasiyalar yerləşdirilir və beyinin manipulyasiya prosesini aparır.
Çin Rusiya, İran kimi ölkələr özlərini bu terrordan qorumaq üçün qadağalar qoyur, qlobal təsirlərdən sığortalanmağa hesablanmış müəyyən təhlükəsizlik tədbirləri görülür. Lakin Azərbaycan bundan özünü sığortalamaq üçün heç bir tədbir görməyərək həm hökumət, həm də cəmiyyət olaraq bu təsirlərin qarşısında müdafiəsiz vəziyyətdə qalır. Artıq bu halların nəticələri tədricən özünü göstərməyə başlayıb. Fikrimcə, qarşıda bizi normal cəmiyyət sifətini itirmək kimi ağır nəticələr gözləyir.
Bu gün övladlarımızın tərbiyəsini biz yox, sosial şəbəkələr verir. Onların şüuru, düşüncəsi, yanaşması, dəyəri, kriteriya, arzularının hamısını internet vasitəsilə müəyyən qlobal şəbəkələr formalaşdırır. Bu prosesi yanlız yüksək intellektuala malik olan insanlar başa düşür, digərləri isə nə baş verdiyini anlamaq istəmir, yaxud müşahidə etməklə kifayətlənir. Bu məsələdə cəmiyyətin maariflənməsi mümkün olmadığı üçün düşünürəm ki, cəmiyyəti xilas etməyin son çıxış yolu yalnız hökumətin əlindədir. Hökumət bu prosesin qarşısını almaq üçün çox ciddi sərt tədbirlərə əl atmalıdır. Cənab prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, Azərbaycan yanlız öz milli-mənəvi dəyərləri bazası üzərində inkişaf edəcək.
Biz nə fransız, nə də hollandıq. Biz minillərlə formalaşmış sistemimizi kimlərisə təqlid etmək naminə dağıtmamalıyıq”.
İsmayıl Bakuvi
www.yenicag.az