Qərib Məmmədovun komitəsi NEFTin ilk qurbanı oldu?

media-hightechnic-468x90

get_img“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması dövlət xərclərinin azaldılmasına hədəflənmiş məsələdir”

 Bildiyimiz kimi, prezidentin əmri ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) ləğv edilib. Onun funksiyaları isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib. Görəsən, komitənin ləğvi nədən qaynaqlanır?

 Yenicag.az-a açıqlamasında Liberal İqtisadiyyat Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, komitənin ləğvi dövlət xərclərinin azaldılmasına hesablanmış addımdır: “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunması dövlət xərclərinin azaldılmasına hədəflənmiş bir məsələdir. Bu baxımdan digər qurumlarda da belə ixtisarlar edilməlidir. Dövlət xərclərinin azaldılması, büdcəyə qənaət böhran dövrü üçün məqbul addımdır. Amma söz yox ki, bu ixtisarların nədən, hardan başlanması məsələsi qaranlıqdır. Burada müəyyən pərdəarxası siyasi dartışma məsələsi də istisna deyil. Lakin əsas məqsəd dövlət xərclərinin  azaldılmasıdır. Bu zaman ixtisara ona görə Dövlət və Xəritəçəkmə komitəsindən başladılar ki, artıq ölkədə torpaq islahatları gedib və belədə həmin qurumun yükü kifayət qədər azalıb. Bu səbəbdən düşünürəm ki, komitənin ləğvi o qədər də faciəli məsələ deyil”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600