Qeyri-qida məhsulları sürətlə bahalaşır: Qiymətləri artıran kimdir? - VİDEO
Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaşıb.
Yenicag.az-ın məlumatına görə, sabun, şampun, diş pastaları, müxtəlif dezodorantlar və bu kimi digər fərdi gigiyenik vasitələrin qiyməti gündən-günə artır.
Satıcılar Xezerxeber-ə deyirlər ki, qiymətləri onlar yox, firmalar qaldırırlar.
Əvvəllər 3 manata satılan antiperesperantlar indi 5 manatdan bahadır. Ən çox alınan şampunların qiyməti isə 5 manatdan 8 manata qədər yüksəlib.
Satıcılar bildiriblər ki, qarşıdakı aylarda qiymətlərin enməsi gözlənilmir.
Daha ətraflı süjetdə: