Qəzaya düşən avstriyalı idmançılardan 2-si Vyanaya göndərildi

media-hightechnic-468x90

97998_res_01Bakıda sabah açılan I Avropa Oyunlarında yarışacaq üç avstriyalı atlet cümə axşamı günü səhər “Atletlər kəndi”ndəki nəqliyyat ərazisində baş verən qəza nəticəsində zədə alıb.

Bu xəbəri Avstriya Olimpiya Komitəsi BBC-ə təsdiqləyib. Onların rəsmi bəyanatında deyilir: “Bu gün – cümə axşamı yerli vaxtla səhər saat 8:30-da Avstriya sinxron üzgüçülük komandasının üç üzvü maşın qəzasına düşüb. Qızlar Olimpiya Kəndində səki ilə gedərkən, avtobus onları vurub”.

Komitə bu xəbərdən şokda olduğunu deyib.

“Biz bu hadisədən şoka düşdük və bütün lazımi tədbirləri aldıq” – deyə komitənin baş katibi Peter Mennel deyib.

Avtobusla vurulan atletlərdən Vanessa Sahinoviçin “ciddi zədə” aldığı və bir neçə yerdən sümüklərinin qırıldığı xəbər verilir. Onun nevroloji müalicə üçün Vyanaya təcili yardım təyyarəsi ilə aparıldığı bildirilir.

Üzgüçü Luna Payer qollarından zədə alaraq Vyanaya aparılıb. Verena Breitin zədəsi ağır olmadığından bu gün “atletlər kəndi”nə qayıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600