Qəzaya düşən təyyarə ilə bağlı şok iddia təsdiqləndi

media-hightechnic-468x90

86720Fransada qəzaya düşən Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi haqqında şok iddia ortaya atılıb.

Sərnişin təyyarəsini bilərəkdən qəzaya salıblar. Bu iddialardan sonra araşdırma aparan Marsel prokurorluğu şayiələrin doğru olduğunu təsdiq edib.

Prokurorluğun yaydığı məlumata görə, qəzaya köməkçi pilot səbəb olub. Ancaq pilotun bu addımı hansı səbəblə etdiyi hələlik bilinmir.

Xatırladaq ki, “Germanwings” aviaşirkətinin 4U-9525-i təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Qəzaya düşmüş təyyarənin sərnişinlərinin əksəriyyəti Almaniya vətəndaşlarıdır – 67 nəfər, başqa məlumatlara görə 72 nəfər. Siyahıda həmçinin Britaniyadan 3 sərnişin, Qazaxıstanın 3 vətəndaşı, 2 yapon, 2 kolumbiyalı, 2 avstraliyalı göstərilib.

Siyahıda həmçinin Hollandiya, Danimarka, Türkiyə və İsrailn bir vətəndaşı var. Dəqiqləşdirilmiş məlumatlara görə, bortda İspaniyanın 35 vətəndaşı olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600