Qəzaya uğrayan təcili yardım maşını aşdı - VİDEO

media-hightechnic-468x90

Abşeron rayonu Xırdalan şəhərində təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, şəhər ərazisindəki işıqforun qarşısında “Hyundai” markalı minik avtomobili ilə “Fiat” markalı operativ nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən təcili tibbi yardım avtomobili aşıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.

Qəza yerindən görüntülər sosial mediada yayılıb.

Qeyd edək ki, ötən gün paytaxtın Binəqədi rayonu Adil Məmmədov küçəsində də təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib./Qafqazinfo

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600