Qəzza üzrə sülh planının ikinci mərhələsi başladı
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Amerika lideri Donald Trampın Qəzza sülh planının ikinci mərhələsinin başlandığını açıqlayıb.
Yenicag.az xəbər verir ki, o bu barədə sosial şəbəkədəki “X” səhifəsində məlumat verib.
“Bu gün biz prezident Trampın adından Qəzzada münaqişəyə son qoymaq üçün onun 20 bəndlik planının II mərhələsinin başlandığını elan edirik”, – o yazıb.
Uitkoffun sözlərinə görə, anklav silahsızlaşdırılacaq və onun yenidən qurulmasına başlanacaq./Qafqazinfo/












