“Qəzza və Ukraynada müharibədən əzab çəkən gənclərin yanındayıq”

media-hightechnic-468x90

Müharibə kimi ağır fəlakətlərdən əzab çəkən gənclərin yanındayıq.

Yenicag.az xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda qeyd olunan Gənclər Yubileyində deyib.

Romaya toplaşan təxminən bir milyon gəncin qarşısında çıxış edən Papa Leo bildirib: “Başqa insanlar tərəfindən törədilən ağır fəlakətlərdən əziyyət çəkən gənclərə həmişəkindən daha yaxınıq. Biz Qəzza, Ukrayna, eləcə də müharibənin qanına bulaşmış bütün ölkələrin gənclərinin yanındayıq. Gənclər siz başqa bir dünyanın – münaqişələrin silahla deyil, dialoqla həll edildiyi qardaşlıq və dostluq dünyasının mümkün olduğuna işarəsiniz”.

Qeyd edək ki, Vatikanda keçirilən Müqəddəs Yubiley İli çərçivəsində iyulun 28-dən avqustun 3-dək Romada təşkil olunan Gənclər Yubileyində 146 ölkədən olan gənclər iştirak ediblər./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa