QHT-lərlə bağlı qanunda dəyişiklik edilə bilər

media-hightechnic-468x90

2000-ci ildə qəbul edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən əlavə və dəyişikliklərin olunması ilə bağlı bir sıra təşəbbüslər var. Hazırda qanuna təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən öyrənilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib. O, əlavə edib ki, ölkəmizdə davamlı olaraq müxtəlif sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Bu, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına da aiddir. Şura dövlətin QHT-lərə verdiyi dəstək siyasətinin daha da inkişaf etdirilməsi üçün fəaliyyətini bundan sonra da davam etdirəcək.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600