!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT sədri: Erməni anaları bu acınacaqlı vəziyyətdən nəticə çıxarsınlar

!Reklam – Yazi

“Bütün dünya görür ki, işğalçı erməni əsgəri bizim haqqı bərpa edən müzəffər əsgərlərimizin hücumlarından qorxub hər şeylərini atıb qaçırlar. Onlar başqasının torpağında ölmək istəmirlər. Qoy, erməni anaları bu acınacaqlı vəziyyətdən nəticə çıxarsınlar”.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.

Azərbaycan Ordusunun ərazilərimizi işğaI edən Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatı apardığını xatırladan M.Əmirhüseynova erməni analarına müraciət edərək vurğulayıb ki, Azərbaycan hərbçiləri torpaqlarımızı lap yaxın zamanlarda işğaldan tam azad edəcək. Erməni anaların övladları müharibədə heç bir zəfər qazanmadan Azərbaycan torpaqlarında öldürülür. Övladının öldürülməsini istəməyən ana işğalçı erməni hakimiyyətindən ordusunu bizim ərazilərimizdən çıxarmağı tələb etsin:

“Biz bütün beynəlxalq tələblərə rəğmən haqqın bərpası uğrunda döyüş meydanına atılmışıq. Prezidentimiz deyir ki, ölmək istəməyən erməni əsgərinin Azərbaycan torpağında nə işi var? Bu sualın cavabını erməni əsgərinin valideynləri onları Qarabağda girov saxlayan öz hakimiyyətlərinə ünvanlamalıdır. Ermənilər əsgərlərinin əl-ayaqlarını qandallayırlar ki, döyüşdən qaçmasınlar. Öz əsgərinə belə vəhşi davranış göstərən erməni rəhbərliyi birinci növbədə öz vətəndaşlarının düşmənidir. Bütün dünya bilir ki, Azərbaycan sülh tərəfdarıdır və 30 ildir sülhə nail olmağa çalışır. Təəssüf ki, işğalçı Ermənistan ölkəmizi müharibəyə sövq etdi, hazırda bunun bəlasını da çəkirlər”.

‌M.Əmirhüseynova Azərbaycan qadını, bir ana olaraq, erməni analarına “övladlarınızı haqsız yerə aparılan müharibəyə göndərməyin” çağırışını bir daha təkrarlayaraq, ərazilərimizin tezliklə işğaldan azad ediləcəyinə bütün azərbaycanlıların əmin olduğunu bildirib, ermənilərin torpaqlarımızdan çıxmasının yeganə çıxış yolu olduğunu vurğulayıb:

‌”Əks təqdirdə düşmən ordusu məhv ediləcək. Bu həqiqəti erməni xalqı nə qədər tez dərk etsə, o qədər az ziyan çəkər”.

www.yenicag.az

670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv