Qırğızstanda Heydər Əliyev küçəsi
Qırğızstanın Kant şəhərində Heydər Əliyev adına küçənin açılış mərasimi keçirilib.
Küçənin açılışının qırmızı lentini Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov və Kant şəhərinin meri Erkin Abdraxmanov kəsib. Hidayət Orucov çıxış edərək dünyanın bir çox ölkələrində Heydər Əliyev adına küçələr, prospektlər olduğunu deyib.
Tədbirdə Kant şəhərinin meri Erkin Abdraxmanov, Qırğız Respublikası Jokorku Keneşinin (Parlamentinin) deputatları, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, ictimai xadim Aydar Kerimkulov və digər ziyalılar çıxış edərək Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan-qırğız xalqlarının qardaşlığından söz açıblar.
Sonra tədbir maraqlı konsert proqramı ilə davam edib.