“Qırmızı ürəklər” qazi və şəhid ailələrini təbrik etdi! - FOTOLAR

media-hightechnic-468x90

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu STP şirkətlər qrupunun dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid və qazi ailələri üçün ənənəvi “Tarix yazan qəhrəmanlar” aksiyasını keçirdi.

media-banner_tuq

Aksiya çərçivəsində Qarabağ müharibəsinin 220 qazi və şəhid ailəsi ziyarət edilib və bayram hədiyyələri təqdim olunub. Sumqayıtda həyata keçirilən aksiyada “Qırmız Ürəklər”in, STP-nin və Kapital Bank-ın könüllüləri iştirak edib. “Tarix yazan qəhrəmanlar” aksiyası ötən illərdə də bayram ərəfəsində keçirilib.

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05