Qızıl bazarında ÇAŞQINLIQ: Ucuzlaşma davamlı olacaq, yoxsa..?

media-hightechnic-468x90

Son günlər qızılın qiymətində kəskin enmə müşahidə olunur. Ucuzlaşma müvəqqəti xarakter daşıyır, yoxsa davamlı olacaq?

Mövzunu Yenicag.az-a şərh edən iqtisadçı-ekspert Rövşən Əmircanov son günlər qızılın qiymətində baş verən enişin əsasən qlobal bazarlarda sürətli artımdan sonra yaranan təbii tənzimlənmə ilə bağlı olduğunu bildirib:

“Doğrudur, son 12 ildə bu qədər kəskin azalma müşahidə olunmamışdı – faiz nisbətinə görə təxminən 6 %-dən çox geriləmə qeydə alınıb. Lakin artıq bazarlarda toparlanma prosesi başlayıb. Hazırda əmtəə birjalarında qızılın qiyməti bir troya unsiyası üçün 4110-4130 ABŞ dolları diapazonunda dəyişir. Digər qiymətli metallar – gümüş, platina və palladium qiymətlərində də qısamüddətli enişdən sonra yenidən yüksəliş tendensiyası müşahidə olunur. İnvestorlar uzunmüddətli artım dövründən sonra mənfəət əldə etmək məqsədilə satışlara üstünlük veriblər. Bununla yanaşı, ABŞ dollarının güclənməsi, real faizlərin artması, ABŞ-Çin ticarət münasibətlərində stabilləşmə əlamətləri və Hindistanda bayram mövsümünə hazırlıqla bağlı bazarlarda yaranan müvəqqəti sakitlik də qiymətlərin qısamüddətli azalmasına təsir göstərib”.

Ekspert prosesin davamlı olmayacağını vurğulayıb:

“Hazırkı prosesin davamlı olacağı gözlənilmir. İnflyasiya təzyiqləri, geosiyasi risklər və mərkəzi bankların, o cümlədən Çin və Hindistan kimi iri ölkələrin qızıl ehtiyatlarını artırması qiymətin yenidən sabitləşməsini və orta müddətdə bərpa olunmasını dəstəkləyir. Yəni, bu eniş daha çox müvəqqəti düzəliş xarakteri daşıyır və yaxın dövrdə bazarda tarazlaşma gözlənilir. Proqnozlara əsasən, önümüzdəki aylarda bir troya unsiyası üçün qızılın qiymətinin 4500 ABŞ dolları səviyyəsini aşması ehtimalı az deyil”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa