Dünya bazarında qızılın qiyməti 2016-cı il noyabrın 17-dən etibarən (1 219 dollar/unsiya) ən yüksək həddə çatıb.

Yenicag.Az  xəbər verir ki, buna səbəb ABŞ-ın yeni prezidentinin proteksionist iqtisadi qərarlar qəbul edəcəyi ilə bağlı investorların narahatlıq keçirməsi və risksiz maliyyə aktivlərinə yönəlməsi göstərilir.

Qızılın qiymətinin artması həmçinin dolların məzənnəsinin azalması amili ilə dəstəklənir. Xatırladaq ki, əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi son bir ayın maksimal həddinə çataraq 1,0750 olub. Məzənnənin bir qədər də artması gözlənilir. Bu da nəticədə qızılın bahalaşmasına gətirib çıxaracaq.

“Əlbəttə, bu, müvəqqəti haldır. Qızılın qiymətinin ortamüddətli perspektivdə 1 000 dollar/unsiyadan aşağı enəcəyi proqnozlaşdırılır”, – deyə analitiklər qeyd edirlər.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."