!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal imperializmin Türkiyəyə qarşı başlatdığı iqtisadi savaşın 7 səbəbi - Ruslan Bəşirlinin şərhi

!Reklam – Yazi

Qlobal imperializm qardaş Türkiyəni indi də dollarla sınağa çəkir. Bu sınaq bəlkə də 15 Temmruzdan daha çətin və daha təhlükəlidir. Bəzilərinin dolların qalxma səbəblərini iqtisadi amillərə bağlamasını acı təssüflə izləyirəm. Kimsə qüsura baxmasın, bu iddia ya cahillikdən, ya da qərəzdən doğur.

1. Dolların süni şəkildə bahalaşdırılmasının arxasında rəsmi Ankaranın müstəqil siyasət aparması durur. ABŞ Yaxın Şərqdə uzun illər idarə etdiyi Türkiyənin müstəqil siyasət yürütməsi ilə barışa bilmir.

2.Dolların bahalaşmasının arxasında Türkiyənin son 10 ildə müdafiə sənayesini gücləndirməsi, öz tankını, topunu, raketini, avtomatını, helikopterini , İHA-sını istehsal etməsi durur.

3. Dolların bahalaşmasının arxasında Türkiyənin Rusiya ilə birgə Akkuyu Atom Elektirik Stansiyasını inşa etməsi durur. ABŞ və Avropa Birliyi buna sərt etiraz edir. Amma həmin AES-dən Rusiya ilə birgə Misir də inşa edib. Lakin, ABŞ forpostuna çevirdiyi Misirin xunta rejiminə bununla bağlı heç bir etiraz etmir.

4. Dolların bahalaşmasının səbəbi Türkiyənin ABŞ-ın bütün təpkilərinə baxmayaraq uğurlu “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarını həyata keçirməsi və Pentaqonun dəstəklədiyi PKK/PYD terrorçularının belini qırmasıdır.

5. Dolların bahalaşmasının səbəbi Türkiyənin Qətərdə və Afrika qitəsində ümumilikdə 3 hərbi baza qurmasıdır. Qlobal imperializm Türkiyənin hərbi gücə çevrilməsini istəmir.

6. Dolların bahalaşmasının səbəbi Türkiyənin Fələstin məsələsində tutduğu zalımın deyil, zülm edilənin yanında olma siyasətidir. Trampın bütün dünyaya tüpürərək Qüdsü İsrailin paytaxtı elan etmə qərarına ilk sərt münasibət rəsmi Ankaradan gəldi. Hətta, Türkiyədə dünyanın bir çox ölkəsinin iştirakı ilə Qüds zirvəsi keçirildi. Türkiyənin səyləri nəticəsində Trampın Qüds qərarı dünyanın əsas dövlətləri tərəfindən tanınmadı.

7. Dolların bahalaşmasının əsas səbəbi Türkiyənin qlobal imperializm tərəfindən həyata keçrilməsi planlaşdırılan Böyük Ortadoğu Projesinin qarşısında əsas maneə olmasıdır.

Yazılmayan daha onlarla və hətta yüzlərlə səbəb var. Hansını sadalayım? Allah (c.c) Türkiyəni bu sınaqlardan üzüağ çıxartsın. Amin!

PS. Bu arada, içimizdəki hər addımda qlobal imperializmə haqq qazandırmağa çalışan sözdə “aydınlardan” fərqli olaraq, ABŞ prezidenti Donald Tramp açıqlama verərək, Türkiyəyə qarşı iqtisadi hücuma keçdiklərini və müstəqil siyasət yürüdən qardaş ölkəni cəzalandırmaq istədiklərini gizlətmədi.

Ruslan BƏŞİRLİ / Avropa.info

COP29

www.yenicag.az

1436
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv