Qlobal iqtisadiyyat: Qarışıq PROQNOZLAR

media-hightechnic-468x90

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın birinci rübdə artım proqnozlarını bir qədər üstələdiyini bildirdi. Lakin göstəricilər sürətin yavaşlamasına görə mənzərənin gözlənildiyi kimi olmadığını üzə çıxardı.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, BVF 17-18 iyul tarixlərində Hindistanın Qandinaqar şəhərində keçiriləcək G20 Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Görüşündən əvvəl “G20 Müşahidə Notu” hesabatını dərc etdi.

Hesabatda qlobal iqtisadiyyatın çətin bir dövrdən keçdiyi və aprel ayında dərc edilən Dünya İqtisadi Görünüş hesabatına görə, bu ilin ilk rübünün müsbət sürpriz olduğu bildirilib.
Həmçinin sənəddə sərt pul siyasətinin maliyyə şərtlərinə də əks olunduğuna dair işarələrin olduğu, inflyasiyanın bir qədər azaldığı, lakin yüksək səviyyədə qaldığı və inflyasiyanın aradan qaldırılması səylərinin çox güman ki, vaxt aparacağı bildirilib. Ötən il maliyyə balanslarının yaxşılaşdığını xatırladan hesabatda fiskal məkanın məhdudlaşmağa davam etməsi və dövlətin borc yükünün artımı ilə bağlı qeydlər əks olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600