Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilib

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilməsi barədə məlumatlar daxil olub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62×55 mm-lik mərmi, 2 ədəd 9×18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600