Qobustanda qazi faciəvi şəkildə öldü - FOTO

media-hightechnic-468x90

Ötən gün saat 03 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75,6-cı km-də 1993-cü il təvəllüdlü Mirdamət Mirkamıl oğlu Kamilov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Bakı şəhər istiqamətində hərəkətdə olarkən, yolu keçən piyada 2001-ci il təvəllüdlü Vüqar Pünhan oğlu Rüstəmovu vurub.

Yenicag.az Unikal.az-a istinadən xəbər verir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vüqar Rüstəmov Vətən müharibəsi qazisidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600