“Qoca qitə” SİLAHA SARILIR: Avropada üçüncü MÜHARİBƏ DALĞASI
“Ukrayna böhranı Avropanı təhdid etməyə başlayanda başda Böyük Britaniya olmaqla, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı tədbirlər görməyə başladı. İkinci Dünya müharibəsinin təsirlərini hələ də tam üzərindən atmamış Avropa yenidən Rusiya ilə qarşı-qarşıya qalma riski ilə üz-üzədir və bu, qitədə yeni müharibə qorxusunun yayılmasına səbəb olur”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik Ukrayna müharibəsində fonunda Avropa siyasi sferasında baş verən dəyişikliklərin pərdəarxası məqamlarını analiz edib.
Onun sözlərinə görə, ABŞ-nin Avropa üzərindəki “qoruyucu qalxan”ı aradan qaldırması və ordusunu geri çəkməyə başlaması “qoca qitə”də təhlükə kimi qiymətləndirilir:
“Avropa İttifaqı ölkələrində və qonşu dövlətlərdə Rusiya tərəfdarı hökumətlərin dəyişdirilməsinə çalışması fonunda Polşa nümunəsində olduğu kimi daha radikal sağçı liderlər ön plana çıxmağa başlayır. Avropada belə bir düşüncə geniş yayılıb: əgər Ukrayna böhranında Rusiya uğur əldə etsə, növbə Avropaya çatacaq. Müdafiə və hərbi sistemə 1 trilyon dollar həcmində böyük büdcə ayrılması nəzərdə tutulur və Fransa, Almaniya, Böyük Britaniya, demək olar ki, hərbi rejimə keçib. Polşada baş verən hakimiyyət dəyişikliyi və 216 min olan əsgər sayını könüllülərlə 300 minə çatdırmaq səyləri xalqı yenidən müdafiə məsələsində həssaslaşdırmaq üçün atılan addımlardır”.
“Son günlərdə Ukraynanın Rusiyanın ağır bombardman və uzaqmənzilli PUA-larla Rusiyanın təyyarə anqarlarına hücumları isə bir mənada, Rusiyanın Avropaya qarşı həyata keçirə biləcəyi mümkün hücumların qarşısını almaq məqsədi daşıyır. Rusiyanın da Avropaya qarşı hazırlıqlar gördüyü, istehsal etdiyi tankları Ukrayna cəbhəsinə göndərmədiyi və əvəzində onları Baltikyanı ölkələrə yönəltdiyi müşahidə edilir. Bu gərgin atmosfer fonunda İstanbulda keçirilən üçüncü görüşdən də gözlənilən nəticə əldə olmayınca, Avropanın başlatdığı müdafiə və hərbi fəaliyyətlərin daha da intensivləşəcəyi gözlənilir”.
Rafi Müslümov