Qonşusunu öldürən gəncə 13 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü, Maştağa kənd sakini Valeh Xoliqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keüçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə 22 yaşlı V.Xaliqov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il mayın 16-da Maştağa qəsəbə, Nizami Gəncəvi küçəsi döngə 5, ev 17 ünvanında baş verib. 22 yaşlı Valeh Xaliqov qonşuluqda yaşayan 39 yaşlı Heydərov Adil Heydərqulu oğlunu çoxsaylı bıçaq xəsarətləri ilə öldürüb. V.Xaliqov qonşusuna 17 bıçaq zərbəsi vurub ki, bunlardan 11-i daxilə nüfuz edib.
Faktla ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahləldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.