!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Qorxudan xəstəlik tapdı, arzusu ürəyində qaldı... - Mərhum Xalq artisti ilə bağlı GİZLİNLƏR

!Reklam – Yazi

Əslində, rəssam olmaq arzusu ilə yaşayırdı. Amma atası onun bu arzusuna qarşı çıxdığı üçün aktyor olmağa qərar verir. Çünki atası onun aktyor olmasını istəyirdi… Buna görə də bu yolu seçdi, amma bu seçiminə görə heç vaxt peşman olmadı tanınmış aktyor, Xalq artisti Əjdər Həmidov.

Yenicag.az xəbər verir ki, bu gün mərhum aktyorun doğum günüdür. Onun yoxluğu ilə bizi 3 illik zaman kəsiyi ayırır. Üç ildir ki, aramızda yoxdur, amma kinosevərlərin ürəyində əbədi yaşayır.
Çoxları onu “Kişi sözü” filmində Qasım obrazı ilə sevmişdi. 1985-ci ildə təsadüfən rejissor Cahangir Mehdiyevin görüb filminə çəkdiyi Əjdər elə sevənlərinin də yaddaşında kişi sözünə sadiq bir aktyor kimi qaldı.

Yaradıcılığında bir-birindən rəngarəng 50-yə yaxın filmdə rol aldı, seriallara, tamaşalara çəkildi. Əjdər Həmidov kimi sevildi, yaddaşlara köçdü.

Daha neçə-neçə filmdə rol alacaqdı. Amma ömrünün son günlərini xəstəliklə mübarizəyə həsr etdi. Ona rahatlıq verməyən stress, gərginliyi də elə rol aldığı filmlərin çəkilişləri zamanı qazanmışdı aktyor.

Müsahibələri zamanı deyirdi ki, film çəkilişi zamanı kaskadyorun çəkilməsinə etiraz edərək, özü çəkilmək istəyib. Dama çıxanda qəfildən külək əsib, ona elə gəlib ki, yıxılacaq. Həmin hadisədən sonra yaşadığı qorxu hissi onu xəstəxanalıq edib.

Öz cansağlığını, şəxsi mənafeyini heç vaxt sənətdən üstün tutmayan aktyorlardan idi Əjdər Həmidov. Sənətinin fədaisi idi. Elə buna görə tamaşaçı onu bu gün də sevə-sevə xatırlayır.

Cəvahir

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv