Qrant CƏBHƏSİ: “Rusiya Qərbin modelini kopyalayır” – Putinin gizli məqsədi NƏDİR?

media-hightechnic-468x90

“Moskvanın analoji maliyyə gücü olmadığına görə təsirini artırmaq üçün qrant əsaslı proqramlara üstünlük verəcəyi ehtimal olunur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

media-img_1619

O, Rusiya Prezidenti Vladimir Putinin “beynəlxalq layihələr fondu”nu yaratmasında əsas məqsədlərindən danışıb.

Politoloq bildirib ki, bu fondun əsas fəaliyyət proqramları ölkə hüdudlarından kənarda həyata keçiriləcək və onun əsas məqsədi Rusiya ilə digər dövlətlər arasında humanitar, ictimai və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdir.

“Yəni xüsusilə Moskvanın maraq göstərdiyi əcnəbilərin Rusiyaya köçürülməsinə stimul verilməsi əsas məqsəddir burada. Belə ki, Rusiya qrant mexanizmləri vasitəsilə həm özünə yaxın, həm də münasibətləri gərgin olan dövlətlərdə təsir imkanlarını artırmağa cəhd göstərəcək. Proqram çərçivəsində həmin ölkələrdəki tərəfdarların və ya təzyiqlə üzləşən şəxslərin Rusiyaya evakuasiyası nəzərdə tutulur.

Sənəddə “istedadlı əcnəbilərin cəlbi” ilə bağlı bənd də mövcuddur ki, bu da onların Rusiyada hüquqi status almalarına yol açacaq. Dəyərləri Rusiya ilə üst-üstə düşən fərdlərin dəstəklənməsi ilə bağlı müddəa bəzi ölkələrdən potensial tərəfdarların çıxarılması ehtimalını gücləndirir.

Həmçinin, Putinin göstərişi ilə fond beynəlxalq layihələrə qrant ayıraraq qoşulmağa hazırlaşır. Hərçənd, konkret hansı təşəbbüslərin hədəfə alındığı dəqiqləşdirilməyib. Ukrayna müharibəsinə görə tətbiq olunan Qərb sanksiyaları Moskvanın Qərb layihələrinə maliyyə dəstəyi verməsini xeyli məhdudlaşdırır. Bu səbəbdən Kreml əsas diqqətini Avrasiya, Afrika və Cənubi Amerika regionlarına yönəltməsi gözlənilir.

Bununla belə, Rusiya bu sahədə Çinlə rəqabət vəziyyətinə düşə bilər. Çünki Pekin həmin bölgələrdə genişmiqyaslı iqtisadi və enerji yatırımları edir. Moskvanın isə analoji maliyyə gücü olmadığına görə təsirini artırmaq üçün qrant əsaslı proqramlara üstünlük verəcəyi ehtimal olunur. Bir sözlə, Rusiya Qərb fondlarının modelinə bənzər yanaşma sərgiləyir,” – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa