Qriqoryan erməni KİV-in Azərbaycanla bağlı xəbərini təkzib etdi

media-hightechnic-468x90

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni KİV-də yayılan Azərbaycan qüvvələrinin guya sərhədə yaxın ərazilərdə toplaşması xəbərini təkzib edib.

Yenicag.az xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra keçirilən brifinqdə deyib.

Qriqoryan Azərbaycan qüvvələrinin sərhədə yaxın yerdə cəmləşməsi barədə suala cavab olaraq bu məlumatın haradan gəldiyini soruşub və şayiələrə inanmamağı tövsiyə edib.

Təhlükəsizlik Şurasının katibi etibarlı məlumat ortaya çıxsa, bunun ictimaiyyətə açıqlanacağını bildirib: “Mənbənizdən sizə daha konkret məlumat verməsini xahiş edin. Güman edirəm ki, o, belə bir şey görməyib, çünki görsəydi, sistemlərimiz də bunu görərdi. Ermənistan Respublikası üçün təhlükə görsək, onu ictimaiyyətə təqdim edəcəyik”. /unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa