Qroznıdə “peyğəmbərə dəstək” mitinqi keçirilir-Fotolar
Çeçenistan respublikasının paytaxtı Qroznı şəhərində Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsinə etiraz olaraq mitinq keçirilir.
Bu haqda məlumatı “Rus xəbər xidməti” yayıb.
Məlumata görə, mitinqə “Minutka” meydanında start verilib. Bura toplaşan insanlar yürüş edərək “Çeçenistanın ürəyi” adlı məscidə doğru irəliləyiblər. Məsciddə çeçenlərin namaz qılacağı gözlənilir.
Məscidin önündə “Biz Məhəmməd peyğəmbəri sevirik” sözləri yazılan plakatlar asılıb.
Aksiyanın keçirilməsi Çeçenistan ruhanilərinin təşəbbüsülə baş tutur.
Dünən bu tədbirlə bağlı Çeçenistan lideri Ramzan Kadırov çıxış edərək deyib ki, mitinqə bölgələr də daxil olmaqla 1 milyondan çox insan gələcək.