Quba sakini özünü bıçaqladı

media-hightechnic-468x90

скачанные файлыQuba rayon sakini özünü bıçaqlayıb.

Quba rayon sakini, 1990-cı il təvəllüdlü Soltanov Fərəc Pirzad oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.

Quba MRX-dan verilən məlumata görə, hazırda F. Soltanovun vəziyyəti orta ağırdır.

Quba rayon Polis Şöbəsindən bildirilib ki, bıçaq xəsarətləri alan şəxs ilkin ifadəsində öz-özünü bıçaqladığını deyib. O, özünə xəsarət yetirən zaman sərxoş olduğu qeyd edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa