Bakıda ABŞ vitse-prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO

media-hightechnic-468x90

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.

Yenicag.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05