ABŞ-İran gərginliyində dəyişən GÜC BALANSI: "Amerikalılar Tehranın hərbi imkanlarını araşdırdıqdan sonra..."

media-hightechnic-468x90

“İran Amerika ilə əldə edilmiş ilkin razılaşmanı pozdu”.

Bunu İranda baş verən son hadisələr fonunda ABŞ ilə gərginləşən münasibətlərdən danışan deputat Hikmət Babaoğlu Yenicag.az-a açıqlamasında deyib. media-hikmetbabaoglu1

Deputatın sözlərinə görə, son günlərdə İranı cəsarətləndirən bəzi hadisələr baş verir:

“İranda kütləvi aksiyalarda iştirak edənlərin kütləvi həbsi, fərqli düşünən insanların yenidən cəzalandırılması İranla ABŞ arasında əldə edilmiş ilkin razılaşmanın pozulması kimi qiymətləndirilməlidir. ABŞ-nin müharibə ritorikasından geri çəkilərək danışıqlar masası qurmasının şərtlərindən biri kütləvi aksiyalarda iştirak edən vətəndaşların cəzalandırılmaması idi. Hazırda əks proses gedir və biz görürük ki, diplomatik masa qurulan kimi İranın hərbi ritorikası artmağa başladı. Bu, əslində, səbəbsiz deyil. Son günlərdə İranı cəsarətləndirən bəzi hadisələr baş verməkdədir. Bu hər şeydən öncə İranın ABŞ ilə qarşıdurmada hərbi konteksdə müxtəlif məxfi informasiyalara əlçatanlığının təmin edilməsidir”.

H. Baboğlu bildirib ki, İranı bu gün dünyanın iki nəhəng ölkəsi dəstəkləyir və bu dəstək fəallığı get-gedə artır:

“Bunlardan biri qlobal cənubun lideri olan ölkədir, digəri isə bizim şimali qonşumuzdur. Bəzi məlumatlara görə, hər iki ölkədən İrana xeyli sayda hərbi təyinatlı yüklər daşınır. Artıq bu gün qlobal cənubdan gələn texnologiyalar sayəsində İran hərbçiləri Amerika bazalarında fars körfəzində ABŞ-yə məxsus hərbi subyektlərin dislokasiyasını izləyə, onların hərəkətləri haqqında məlumat əldə edə bilir. İran son dövrlərdə ağır və idarəolunan ballistik raketlər arsenalını qısa müddətdə daha da gücləndirib. Görünür, Amerikanın hərbi kəşfiyyatı bundan xəbərdardır. Buna görə vəziyyəti tam nəzarətə götürmək üçün addımlar atılır. Masanın qurulması da vaxt udmağa hesablanıb. İranın bütün hərbi imkanları amerikalı ekspertlər tərəfindən araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

“Başqa bir məsələ, qlobal cənubdan gələn ən müasir texnologiyalar vasitəsilə İranın internet dalğalarını idarəetmə qabiliyyətlərini əldə etməsidir. “Starlink”in dalğalarının  İranın dalğa qübbəsi tərəfindən geri qaytarılması ilə Tehranın bunu bacaran texnologiyalara əlinin çatdığı iddia olunur. Bütün bunlar da İranı xeyli cəsarətləndirir. Bir qədər sonra İranın iddia olunan bu yeni imkanları dəyərləndirildikdən sonra gələcəkdə hansı addımların atılması müəyyənləşdiriləcəkdir. Önümüzdə kritik bir görüş var. İsrailin Baş nazirinin Amerikaya səfəri və bundan sonra Amerikanın davranışları necə olacaq, bu da İran məsələsi ətrafında baş verən hadisələrə daha çox konkretlik gətirəcək”, – deputat bildirib.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05