İran hakimiyyəti ölkədə ikinci repressiya dalğasına başladı

media-hightechnic-468x90

İran hakimiyyəti ölkədə ikinci repressiya dalğasına başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, bu dəfə hökumətin siyasət kursu ilə razılaşmayan və etirazlar zamanı təhlükəsizlik qüvvələrinin hərəkətlərini tənqid edən siyasi fəallar və islahatçı qüvvələr hədəf alınıb.

Bildirilir ki, bir sıra partiyaları birləşdirən “İslahat cəbhəsi” rəhbərliyinin üzvü və keçmiş deputat İbrahim Əsgərzadə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatı tərəfindən saxlanılıb. Onun həbsi birbaşa onlayn konfrans zamanı – canlı efirdə baş verib.

Tehran prokurorluğunun bəyanatına görə, saxlanılanlar yanvar etirazları zamanı “terror aktlarını təşviq etməkdə”, ölkənin daxili təhlükəsizliyini sarsıtmaqda, eləcə də KİV və sosial şəbəkələrdə aktivlik olmaqda ittiham olunurlar./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05