Quba-Xınalıq yolunda qar uçqunu olub

Bu gün şəhər saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yolun 35-ci km-də 37-ci km-nə qədər olan 4 yerdə qar uçqunu qeydə alınıb. Yolda avtomobillərin hərəkəti dayanıb.

Hazırda yolun qardan təmizlənməsi üçün əraziyə texnika cəlb olunub. Bu istiqamətdə olan kəndlərlə əlaqə kəsilib.