Qubada BƏDBƏXT HADİSƏ - Fəhlə iş başında ölüb

media-hightechnic-468x90

Avqustun 12-si saat 17 radələrində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunmuşdur ki, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən “Şaving İnşaat” MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600