Qubada transformator yandı

Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsində transformatorun yanar hissələri və ətrafına dağılan yağ qalıqları 1 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.