Maştağada obyektdə yanğın olub

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 942 kv.m. olan tütün məmulatlarının və qarışıq malların satışı üçün nəzərdə tutulmuş obyektin yanar konstruksiyaları 400 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa