Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Qurban Qurbanov millidən gedir - EKSKLÜZİV

Reklam: Sinerji Pro

Sabah AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, qurumun inzibati binasında keçiriləcək iclasda bir sıra qərarlar qəbul olunacağı gözlənilir.

Bunlardan biri də yığmanın baş məşqçisi Qurban Qurbanovla bağlıdır. Əldə etdiyimiz özəl məlumata görə, sabah təcrübəli mütəxəssis milli ilə vidalaşacaq. Onunla yanaşı, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun da millidən ayrılması gündəmdədir. Bu, iclasdan öncə olan son qərardır.

Son anda qərarın dəyişəcəyi ehtimalı da var. O da ola bilər ki, Qurbanov yığmada qalsın, Rəşad Sadıqov U-21-dən ayrılaraq “Qarabağ”ın “sükanı arxası”na keçsin. Hər halda məsələyə sabahkı iclasda aydınlıq gələcək.

EMİN SƏFƏROV

www.yenicag.az

3986
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100