Qurbanlıq heyvan seçərkən nələrə diqqət edilməlidir? – İlahiyyatçı açıqladı
“Qurban kəsiləcək heyvan sağlam, eybsiz və nöqsansız olmalıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ilahiyyatçı alim Samir Əzizov bildirib.
İlahiyyatçı Qurban bayramı niyyəti ilə kəsiləcək heyvanların kəsim və paylanma qaydasını belə izah edib:
“İlk öncə Azərbaycan xalqını və ümumilikdə İslam ümmətini qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirəm. Əmin-amanlıq, sülh və firavanlıq arzulayıram.
Bildiyimiz kimi, Qurban bayramı İsmayıl (ə.s) qurbanı sayılır. Həcc ziyarəti zamanı vacib olan bu əməl bizlər üçün müstəhəb dərəcəsindədir. Bu ibadət ilk növbədə Allaha yaxınlaşmaq məqsədi daşıyır və kəsiləcək heyvanın ən yaxşısı seçilməlidir.
Heyvan sağlam, eybsiz və nöqsansız olmalıdır. Kəsim zamanı Allahın adı çəkilərək “Bismillah, Allahu Əkbər” deyilməli, heyvanın üzü, qarnı və ayaqları qibləyə tərəf çevrilməlidir.
Kəsildikdən sonra ətin üç hissəyə bölünməsi müstəhəb hesab olunur:
- Fəqir və ehtiyaclı müsəlmanlara paylanır.
- Qonşulara, qohumlara və dostlara paylanır.
- Bir hissəsi isə ev sahibinə qalır”.
Nurlan Cəfəri













