!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quş qripinə qarşı keçirilmiş monitorinqlərin nəticələri açıqlandı

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu il mayın 13-17-də respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, monitorinq epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarında su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib.

Həmin ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkarlanması məqsədilə ovlanmış 48 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.

Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Xızı, İsmayıllı, Tərtər, Tovuz, Siyəzən, Şabran, Xaçmaz, Göyçay, Sabirabad, Şəki və Hacıqabul rayonlarındakı 25 sənaye əsaslı quşçuluq müəssisəsindən 250 baş, habelə Bakı şəhəri, Abşeron, Ağcabədi, Şabran, Lənkəran və Salyan rayonlarına aid, ümumilikdə, 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 324 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.

Qeyd edək ki, ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.

Əlavə olaraq, monitorinqlərin aparıldığı dövrdə təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb və həmin xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv