Qusman sindromu və yaxud Rusiyanın içindəki “Azərbaycanlı dostlara” nifrət

media-hightechnic-468x90

Mixail Qusman. Azərbaycan xalqına doğma olan bu şəxsiyyət həm də imperiya və şovinizmin dövlət səviyyəsində həyata keçirildiyi Rusiyanın müsbət imicidir. Adətən, Rusiya dedikdə işğalçı və şovinist dövlət göz önünə gəlir və bəzən bu ölkədə yaxşı nəsə ola biləcəyinə ümid edəndə, məhz Qusman kimi şəxsiyyətlər yada düşür. Qusman Rusiya haqqında mənfi fikrin alternativi hesab oluna bilər.

Rusiyanın dövlət şovinizmi Qusmanı TASS rəhbərliyindən uzaqlaşdırmaqla bu alternativi də sıradan çıxarır. Niyə?

– Qusman Azərbaycanı müdafiə edib.
– Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda iştirak edib.
– Rusiya-Azərbaycan münasibətlərində yaranmış böhranın aradan qalxmasına çalışıb.
– Azərbaycanın haqlı mövqeyinin nəzərə alınmasını istəyib.

Bu, təkcə Azərbaycan üçün yox, Rusiyanın özü üçün də vacibdir. Çünki hazırda Rusiyada dövlət səviyyəsində həyata keçirilən şovinist, imperialist siyasət bu ölkənin regiondakı mövqelərini zədələyir, eyni zamanda, bu ölkə haqqındakı mənfi fikirləri daha da gücləndirir.

Görünür ki, Moskvada bunu anlamır, yaxud anlamaq istəmirlər. Qusmanı işdən çıxarmaqla, belə demək mümkünsə, onu cəzalandırmaqla Rusiya göstərməyə çalışır ki, Azərbaycanı sevənlərə, ikitərəfli münasibətləri qoruyanlara “yer” yoxdur. Halbuki, bu cür şovinist siyasətə görə dünyada təcrid olunan Rusiya artıq regionda da eyni vəziyyətlə üzləşir.

Qusmanın Xankəndiyə gəldiyi üçün cəzalandırılması isə Rusiyanın təkcə şovinist və imperialist yox, həm də nə qədər cılız və rəzil olduğunu da ortaya çıxardı./Demokrat.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600