Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Quyuya atılan Mələyin bibisi danışdı: “Qardaşımın balasını öldürən...”

Lənkəranda 6 günlük körpənin kimin tərəfindən öldürüldüyü artıq məlumdur. Yeni doğulan Nurullayeva Mələk Şaiq qızının nənəsi Atifə Nurullayeva tərəfindən quyuya atıldığı təsdiqini tapıb.

Nənə istintaqa ifadəsində nəvəsini öldürdüyünü etiraf edib. Körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyən Atifə Nurullayeva əməlinin səbəbini ailənin ikinci övladının da qız olması ilə izah edib.

Yenicag.az məsələ ilə bağlı kənd sakinləri ilə söhbət edib. Əldə etdiyimiz məlumata görə, Mələyin valideynləri Bakıda yaşayır. Atası xırda ticarətlə məşğul olmaqla ailəsini dolandırır. Həmin müddətdə kənddəki evlərində heç kim yaşamayıb. Uşaq doğulandan sonra ailə kəndə gedərək, xoş günü qeyd etmək istəyiblər. Hadisə də həmin vaxt baş verib.

Uşağın bibisi Təhminə xanım isə saytımıza açıqlamasında hadisədən sarsıldıqlarını bildirib:

“Dədəmin evində bu ədavəti törədən, qardaşımın balasını öldürən adam cəzasını çəkməlidir. Dövlətimizdən, polisimizdən xahiş edirik, düşmənimizi tapıb, cəzalandırsın. Biz bu işin kimin tərəfindən törədildiyini bilmirik. İnanın ki, sarsılmışıq, məhv olmuşuq”.

Bundan başqa, Təhminə xanım hazırda anasının, qardaşının və qardaşının həyat yoldaşının polis tərəfindən saxlanıldığını deyib:

“Düz beş gündür ki, qardaşım, anam, polis idarəsində saxlanılır. Hələ heç nə bilinmir. Mən də bu xəbəri eşidib, Bakıdan gəlmişəm. Kaş gəlməzdim. Bu faciəni gözlərimlə görməkdənsə, kor olaydım”.

Cəvahir

Yenicag.az

www.yenicag.az

1135
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100