Radioda insident – Aparıcının boğazını kəsdi – FOTO

Moskvada aparıcıya bıçaqla hücum edilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Exo Moskva” radiostansiyasında insident baş verib. Hadisə zamanı naməlum şəxs bıçaqla studiyaya daxil olub və aparıcı Tatyana Felgenqaueri boğazına zərbə endirib. Radiostansiyanın baş redaktoru Aleksey Venediktov açıqlama verərək bildirib ki, hadisəni törədən şəxs artıq saxlanılıb.

Təcili xəstəxanaya çatdırılan aparıcının həyatı xilas olunub.