Rafael Harpaz cənub bölgəsinə səfər edib

media-hightechnic-468x90

LKLIKLKÇMBu gün İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Lənkəran rayonuna səfər edib.

Səfir əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.

T.Qaraşov Lənkəranın sosial-iqtisadi inkişafı, turizm potensialı barədə qonağa məlumat verib. Səfir isə İsraillə Azərbaycanın çox sıx və sarsılmaz dostluq əlaqələrinə malik olduğunu xüsusi qeyd edərək, iki ölkə arasında kənd təsərrüfatı, texnologiya, səhiyyə, yüksək texnologiyalar, turizm sahələrinin inkişafına dair müxtəlif planların həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Söhbət zamanı xarici diplomat Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə ümidini ifadə edərək, İsrailin bu sahədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini açıqlayıb. Səmimi keçən görüş zamanı T.Qaraşov yerli ustaların toxuduğu Lənkəran xalçasını və rayonun sosial-iqtisadi inkişafından bəhs edən kitabı səfirə hədiyyə edib. Səfir də öz növbəsində icra başçısına xatirə hədiyyəsi və kitab təqdim edib.

Günün ikinci yarısında  Rafael Harpazın rayonda fəaliyyət göstərən Regional Müalicə Diaqnostika Mərkəzi, Mərkəzi Rayon Xəstəxanası, Gilan-Lənkəran konserv zavodu, “Nur-Süd” müəssisəsi, Vilvan kəndində “İlyasçay” fermer təsərrüfatı, Hirkan Milli Parkı və Qızılağac Dövlət Qoruğu ilə tanışlığı nəzərdə tutulub.

Mayın 15-də isə İsrailin Azərbaycandakı səfirinin qonşu Lerik rayonuna səfəri planlaşdırılıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600