Ramil Usubov polis rəislərini işdən çıxardı
Daxili İşlər Nazirliyində aparılan kadr dəyişikliyi ilə bağlı yayılan xəbərlərə rəsmi cavab verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, general-polkovnik Ramil Usubov üç rayonun polis rəislərinin dəyişdirilməsi barədə əmr imzalayıb. Əmrə görə, Nərimanov rayonunun polis rəisi Muradəli Babayev Xətai, Xətai rayonunun polis rəisi Əkbər İsmayılov Yasamal, Yasamal rayonunun polis rəisi İsmayıl Əsədov isə Sabunçu rayonuna polis rəisi təyin edilib.
Şəki rayon Polis Şöbəsinin rəisi Eldar İlyasovun Bakı şəhər Nərimanov rayonunun polis rəisi təyin edilməsi xəbəri isə təsdiq edilməyib: “Mətbuat xidmətində bu barədə məlumat yoxdur”.