Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının sədri ilə görüşüb

media-hightechnic-468x90

c8de8cc8190b17a6915df6d5941150f4Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.
Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olunub.

Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planını imzalayıblar.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600