!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Mehdiyevin sayəsində “qazanılan” mandat: Məzahir Əfəndiyev bu dəfə kimə və nəyə arxayındır?

!Reklam – Yazi

Azərbaycanda Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər artıq özünün həlledici fazasına daxil olub. Seçkilər çərçivəsində avqustun 9-da start götürən təşviqat mərhələsinin başlaması ilə deputatlığa iddialı olan namizədlər seçici rəğbəti uğrunda mübarizəyə girişiblər.

Azərbaycanda seçkilərin spesifikiliyinə dair hələ ki dəyişməz stereotiplərin qalmasına baxmayaraq, namizədlər “meydanda yeriyə-yeriyə qalib gəlməyin” mümkün olmadığının fərqindədirlər.

O baxımdan, millət vəkilliyi uğrunda rəqabətə baş vuranların əksəriyyəti ayrı-ayrılıqda özlərinin ən layiqli namizəd olduqlarına seçiciləri inandırmaq üçün az qala bütün vasitələrə əl atırlar.

Hər halda, təşviqat kampaniyasının hələ tam “relsə düşmədiyini” nəzərə alsaq, qarşıdakı həftələrdə maraqlı və gərgin mübarizənin şahidi olacağımız gözlənilir.

1 sentyabr seçkilərində mandatını qorumağa çalışan VI çağırş deputatların və millət vəkili statusunu ilk dəfə qazanmaq arzusunu gerçəkləşdirmək istəyənlərin bu mübarizəyə nə qədər hazırlıqlı olduqlarını isə yekun nəticələrgöstərəcək.

Bununla belə, səsvermənin nəticələrinin konkretləməsinin yaxın həftələrin söhbəti olduğunu vurğulayaraq qeyd edə bilərik ki, bir sıra iddialılar üçün sonucların artıq indidən müəyyənləşdiyini söyləməyə əsas yaradan ciddi səbəblər mövcuddur.

Həmin namizədlər arasında Milli Məclisin sonuncu tərkibinə daxil olmuş şəxslərin üstünlük təşkil etməsi isə onların 2020-ci il fevral seçkilərindən necə “qalib” çıxmaları və millət vəkili kimi fəaliyyətlərinin nə dərəcədə “effektli” olması ilə şərtlənir.  

Çünki heç kəsə sirr deyil ki, ötən seçkilərdə namizəd olduqları dairələrdə seçicilərə “qızıl dağlar” vəd edən bir çox deputatlar mandat qazandıqdan sonra nə təmsilçisi olduqları seçicilər, nə də dövlət üçün faydalı işləri ilə seçildilər. Odur ki, nəzərdə tutulan keçmiş deputatların Milli Məclisdə yenidən təmsilçilik hüququ əldə etmələri yetərincə problemli görünür.

Onların sırasına ötəri nəzər yetirdikdə, fəaliyyətsizlik kriteriyası uyğun gələn sabiq parlamentarilərdən birinin 2020-ci il seçkilərinə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputat olmuş Məzahir Əfəndiyev olduğunu görərik.

Əminliklə söyləmək mümkündür ki, bu ad nəinki ölkənin ictimai-siyasi həyatını yaxından izləyənlərə, heç Göyçay və Ağdaş seçicilərinə də heç nə demir. Axı tanınmaq üçün iş görmək, seçicilərin problemləri ilə maraqlanmaq, onların həlli istiqamətində çalışmaq lazımdır. Ortada faydalı bir yoxdursa, onu kim və necə tanısın?

Ümumiyyətlə, Məzahir Əfəndiyevin adı ilk dəfə geniş publikaya onun özünü saldığı çox komik bir situasiyada məlum oldu. O, parlamentdə fəaliyyətə başlamağından təqribən üç il keçdikdən sonra birinci dəfə çıxış etmək üçün elektron növbəyə yazılsa da, səriştəsizliyi üzündən bu imkanı itirmişdi. Bəhs olunan olayla əlaqədar spiker Sahibə Qafarova ilə Əfəndiyev arasında olmuş komik dialoq sosial şəbəkələrdə hələ də izlənməkdədir.

Bu da sözügedən keçmiş deputatın qeyri-adi sərgüzəştlərinin hamısı deyil. 2024-cü ilin yanvarında Məzahir Əfəndiyevin adı daha bir qalmaqalda hallandı və bu olay mediada, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırıldı.

Belə məlum oldu ki, Əfəndiyev yol hərəkəti qaydalarını pozduğu üçün yazılmış cəriməni ödəmədiyinə görə məhkəməyə verilib. Əlbəttə, qanunlara riayət etməkdə digər vətəndaşlara nümunə olası deputatın adının belə bir arzuedilməz məsələdə hallanması Milli Məclisin də reputasiyasına ciddi zərbə idi.

Lakin göründüyü qədər, bu qeyd olunan “ÇP”lər Məzahir Əfəndiyev üçün “sıradan olay”lar silsiləsinə aiddir. Əks halda, o yenidən eyni dairədən (Göyçay-Ağdaş seçki dairəsi yeni sıralamada 92 saylıdır) namizədliyini irəli sürməzdi.

Ancaq Əfəndiyevin 2020-ci ildə Milli Məclisə düşməsinə təkan vermiş amillərin bu dəfə “aktiv” olmadığı bildirilir. Mediada dərc edilmiş çoxsaylı materiallara əsasən, onun 2020-ci il seçkilərində mandat qazanması Azərbaycan cəmiyyətində “boz kardinal” kimi tanınan, yüksək vəzifədən azad edildikdən sonra da təsir imkanlarını müəyyən mənada qoruyub saxlamağı bacaran Ramiz Mehdiyevin dəstəyi sayəsində baş tutub. Mətbuatda yazılanlara görə, bu işdə Əfəndiyevlə qohumluq əlaqələrinə malik olan mərhum professor Seyfəddin Qəndilovun ailəsinin Mehdiyevlə yaxınlığı həlledici rol oynayıb.

Hər kəsə aydındır ki, indi vəziyyət kökündən dəyişib və “boz kardinal”ın erası çoxdan başa çatıb. Bu isə Əfəndiyevin öz əsas hamisindən məhrum olması, təkrar parlamentə düşmək şansını bəlkə də tamamilə itirməsi anlamına gəlir. Maraqlıdır, 4 il ərzində səsi çıxmayan, seçicləri üçün faydalı olmayan sabiq deputat bu dəfə kimə, yaxud nəyə güvənir?

COP29

www.yenicag.az

1552
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv