“Rammasun” 10 nəfərin ölümünə səbəb oldu
Filippində şiddətli “Rammasun” tayfunu tüğyan edir.
Filippin ərazisində saatda 185 kilometr sürətlə hərəkət edən “Rammasun” tayfunu artıq 10 nəfərin ölümünə səbəb olub. Tayfunun vuracağı gözlənildiyi bölgələrdən minlərlə sakin təxliyə olunur. Köçürülən insanların sayı 370 min nəfər təşkil edib. Tayfunun artıq paytaxt Maniala çatdığı bildirilir. Şəhərdə əsas yollar, hava limanları və bir çox iş yerləri bağlanıb.
Filippin üzərindən hər il 20-dən tayfun və tropik qasırğa keçir. Ötən ilin noyabrında ölkədə “Hayat” tayfunu 6 mindən çox adamın ölümündən səbəb olmuşdu.