Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Razi Nurullayevin seçicilərlə görüşü davam edir - FOTOLAR

Seçkiqabağı təbliğat-təşviqat kampaniyasında fəallığı ilə seçilən, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayev seçicilərlə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, namizəd bu gün rayonun Qulubəyli, Cahar və Gövhərli kəndlərinin sakinləri ilə görüşüb.

Razi Nurullayev sakinlərlə söhbət zamanı hər zaman olduğu kimi insanları qayğılandıran əsas sosial problemlərə toxunub. O, qarşısına qoyduğu əsas məqsəd, missiya məhz bu problemlərin həllidir. Namizəd bir daha pensiya məsələsinə toxunaraq ödənilən məbləğin az, pensiyaya çıxmaq üçün yaş həddinin yüksək olduğunu bildirib. Uuşaq pulu məsələsinə toxunan Razi Nurullayev vurğulayıb ki, hökumətin övladlarımızı əsgərliyə, vətənin keşiyini çəkməyə aparması üçün ən azından mənəvi haqqı olmalıdır, bunun üçün isə hökumətin vətəndaşa uşaq pulu, hər doğulan uşaq üçün birdəfəlik ödəniş, müəyyən yaşa kimi uşaqları pulsuz yeməklə təmin etməsi mütləqdir. İnsanları ağır sosial güzərandan çıxarmağın yollarından da danışan namizəd bildirib ki, hökumət proqramlar, layihələr həyata keçirməli, vətəndaşa sadələşdirilmiş ippoteka kreditləri, güzəştli biznes kreditləri verməlidir. Razi Nurullayev bir daha vurğulayıb ki, bu məsələləri daim gündəmdə qalması və həyata keçirilməsi üçün mübarizə aparacaq.

Kənd sakinləri isə bildiriblər ki, onların səsini, xalqın problemini parlament türibunasından səsləndirəcək deputata ehtiyyacları var. Və sakinlər ümidlərinin hər dəfə qırıldığğını bildirsələr də da bu yolda Razi Nurullayevə güvənəcəklərini deyiblər.
Namizəd də xalqın iradlarına, şikayətlərinə haqq qazandıraraq deputatın vəzifəsinin xalqın arasında olmaq, onlarla tez-tez görüşmək, vətəndaşın problemlərini dinləmək, qayğılarını görmək və bunları parlament tribunasından səsləndirmrək, bu problemlərin həlli üçün layihələr, proqramlar hazırlayaraq hökumətə təqdim etmək olduğunu qeyd edib.

www.yenicag.az

120
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM